Menu

Apamark Köşem Restoranının saytını təhvil verdi.

2017-02-05

Gördüyü işlərdə hər zaman müştəri məmnuniyyətini üstün tutan “Apamark” Marketinq və PR şirkəti, Bakıda yeni açılmış Köşem (www.koshem.com) restoranının saytını təhvil verdi.

Mobil cihazlara uyğunlaşdırılmış sayt

Dünya əhalisinin 90%-nin bütün internetə məhz mobil cihazlarla daxil olduğunu nəzərə alaraq şirkət, restoranın saytını bütün mobil cihazlara uyğun şəkildə hazırlamışdır.

Qiymətlərin hamısı menyuda

Sifarişçinin istəyini nəzərə alan şirkət, restoran tərəfindən müştərilərə təklif olunan təamların adlarını və qiymətlərini saytın menyu bölməsinə əlavə etmişdir. Restoranda xoş bir vaxt keçirmək istəyən müştərilər restorana getmədən də menyu və qiymətlərlə tanış ola bilərlər.

Admin paneldə rahatçılıq

Şirkət saytın admin panel bölməsində sifarişçiyə funksionallıq baxımından tam rahatlıq vermişdir. Belə ki, sifarişçi Apamark şirkətinin köməyi olmadan da saytda istədiyi məlumatları sərbəst şəkildə dəyişdirə bilər.

Qeyd edək ki, Apamark şirkəti müştərilərə saytların yığılması, qrafik dizayn işləri, PR xidməti, foto/video çəkilişlər, onlayn və oflayn marketinq strategiyalarının hazırlanması, SEO analiz, SMM və s. kimi xidmətlər təklif edir. Maraqlananlar, şirkətin xidmətləri ilə ətraflı olaraq www.apamark.az saytından tanış ola bilərlər.

Xətai rayonu, Nəcəfqulu Rəfiyev 11/45