Menu

Prosedur Qaydaları

Sifarişçi tərəf Apamark şirkətinin saytı üzərində loqotip üzrə müvafiq brif formasını dolğun şəkildə doldurur;

Apamark şirkəti daxil olmuş brif əsasında məlumatların doğruluğunu yoxlayır və təqdim olunmuş məlumatlar əsasında qiymət təklifi hazırlayaraq göndərir;

Təqdim olunmuş qiymət təklifi yazılı şəkildə təsdiqləndikdən sonra Sifarişçi müqavilənin rekvizitlərini (müqaviləni imzalayacaq şəxsin ad və soyadı, şirkətin rəsmi adı, bank hesab məlumatları) Apamark şirkətinə göndərir;

Müqavilə imzalandıqdan və ödənişin 50% hesaba daxil olduqdan sonra brif məlumatları əsasında Apamark şirkəti tərəfindən 3 loqo konsepti hazırlanaraq, təsdiqlənməsi üçün Sifarişçi tərəfə göndərilir;

Sifarişçi ona təqdim olunmuş 3 loqo konseptindən birini seçir və bu barədə yazılı formada Apamark şirkətinə müraciət edir;

Yazılı təsdiq məktubu əsasında Apamark şirkəti loqonun master faylını Sifarişçi tərəfə göndərir;

Öncədən razılaşdırılmış təqdirdə Apamark şirkəti Sifarişçi tərəf üçün loqo qaydalarını hazırlayır;

Xətai rayonu, Nəcəfqulu Rəfiyev 11/45