Menu

Apamark Haqqında

Apamark Şirkəti

Azərbaycanda marketinq sahəsində şirkətlərin tələblərini doğru qarşılamaq və bu sahəyə yeni dəsti-xətt gətirməkdəyik. Apamark Marketinq və PR şirkəti olaraq marketinq dünyasını daha üst səviyyəyə qaldırmaqla yeni qaydalar formalaşdırmaqdayıq. Biz bilirik ki, dünyada fəaliyyət göstərən hər bir şirkətin gəlir əldə etmək kimi yüksək potensialı var. Bunun üçün də hər ötən gün markamızın bazar mövqeyini möhkəmləndirmək və insan kapitalına yatırım etməkdə davam edirik.

Xidmətlərimiz

Apamark şirkəti faydalı iş əmsalı əsasında formalaşdırdığı qiymətləri ilə müştərilərə ən faydalı marketinq və PR xidmətləri təklif edir. Apamark, internet səhifəsini yaratmaq və ya təkmilləşdirmək istəyən müştərilər üçün özəl proqramlaşdırma əsasında hazırlanmış geniş funksionallığa malik admin panel təqdim edir. Bundan əlavə müştərilər şirkətimizin qablaşdırma üzrə mütəxəssisinin texniki təcrübəsindən istifadə edərək yeni məhsul qablaşdırma dizaynları sifariş edə bilərlər. Şirkətimizin tanınmış veb və qrafik dizaynyerləri isə məhsullara hər kəsin bəyənəcəyi görünüş verməyə qadirdirlər. Təklif etdiyimiz digər xidmətlərlə saytmızda tanış ola bilərsiniz.

Hədəfimiz

Apamark şirkəti olaraq ölkəmizdə marketinq sahəsinə yeni xidmətlər gətirməklə müştərilərin seçim imkanlarını genişləndirmək və bazarda öz imicini formalaşdırmaq istəyən şirkətlərə yardımçı olmaqdır. Bazarın ən güclü insan resurslarını bir araya gətirməklə marketinq və PR sahəsindəki üstünlüklərimizlə müştərilərə öz potensiallarını kəşf etməkdə dəstək olmaqdayıq.

Prioritetlərimiz

Marketinq bazarında “Maarifləndir, Müştəri qazan" yanaşması əsas prioritetlərimizdən biridir. Apamark şirkəti maarifləndirmə proqramı çərçivəsində müştərilərin bu sahədə bilik səviyyələrini üst səviyyəyə çatdırmağa dəstək olmaqdadır.

Şirkət Rəhbərinin Müraciəti

Maarifləndir ki, müştəri qazanasan.

Xətai rayonu, Nəcəfqulu Rəfiyev 11/45