Menu

Ən çox verilən suallar

Loqonun hansı formaları mövcuddur?

Loqotiplərin 4 əsas forması mövcuddur. 1) İkonik (Aykonik) 2) Mətn və ya hərflərdən ibarət (Nümunə: Honda, McDonald's, Motorolla, IBM) 3) Mürəkkəb quruluşlu (Nümunə: Zanussi, Яндекс, Microsoft) 4) Kombinə olunmuş (Nümunə: Schwarzkopf, Ariston)

Loqonun hazırlanma müddəti neçə gündür?

Loqo konseptinin hazırlanma müddəti müştərinin Apamark şirkətinə təqdim etdiyi dolğun brif formasından asılı olaraq 7 - 10 iş günü arasında dəyişir.

Loqonun hazırlanma qiyməti necə formalaşır?

Loqonun hazırlanma qiyməti ona sərf olunan vaxt, insan resursu və konsept əsasında formalaşır.

Loqo qaydaları (Logo Guideline) nədir?

Loqo qaydaları işarələrin, loqotiplərin, brend personajlarının, font və rənglərin istifadə olunması, həmçinin müxtəlif daşıyıcılar üzərində düzgün qaydada yerləşdirilməsi üzrə standartlar və təlimatlar toplusudur. Loqo qaydaları brendbukun bir hissəsi qismində də təqdim oluna bilər.

Loqonun dizaynı əsasən hansı dizayn proqramlarında yığılır?

Loqonun dizaynı əsasən Adobe İllustrator, Adobe Photoshop, Corel Draw kimi dizayn proqramlarında yığılır.

Xətai rayonu, Nəcəfqulu Rəfiyev 11/45