Menu

Apamark şirkəti APA Holdinq üçün yeni sayt dizaynı hazırladı.

2017-05-29

Apamark Marketinq və PR şirkəti APA Holdinq-in tam yenilənmiş korporativ saytınının dizaynını təqdim etdi. Yenilənmiş sayt əvvəlkindən sadəliyi və istifadədə rahatlığı ilə fərqlənir. Naviqasiya da rahat və sadədir. Saytın strukturu və bölmələrin təşkili yenidən işlənib, dizaynı isə holdinq-in dəsti xəttinə uyğunlaşdırılmışdır.

Mobil cihazlara uyğun sayt

Saytın əsas üstünlüklərindən biri də mobil cihazlara uyğunlaşdırılmış şəkildə hazırlanmasıdır. Mobil cihaz uyğunlaşdırması sayt istifadəçilərinə istər mobil telefon, istərsə də digər mobil cihazlar vasitəsilə saytdan rahatlıqla istifadə etmə imkanı yaradır.

Reklam verənlər üçün bölmə

Holdinq-in yenilənmiş korporativ saytı vasitəsilə reklam verənlər holdinq-ə daxil olan saytlar üzrə müvafiq statistikalarla tanış ola biləcəklər. Saytlar üzrə statistikaların hər ay yenilənməsi nəzərdə tutulur.

KİV üçün faydalı bölmə

İstifadəçilər yeni saytda yaradılmış KİV üçün bölməsi holdinq-ə daxil olan şirkətlərin loqolarının master faylını, holdinq-dən görüntüləri və müvafiq şəxslərin şəkillərini yüksək keyfiyyətdə əldə edə bilərlər.

Qeyd edək ki, Apamark şirkəti müştərilərə saytların yığılması, qrafik dizayn işləri, PR xidməti, foto/video çəkilişlər, onlayn və oflayn marketinq strategiyalarının hazırlanması, SEO analiz, SMM və s. kimi xidmətlər təklif edir. Maraqlananlar, şirkətin xidmətləri ilə ətraflı olaraq www.apamark.az saytından tanış ola bilərlər.

Xətai rayonu, Nəcəfqulu Rəfiyev 11/45