Dillər
MEDİA MƏRKƏZİ

MEDİA MƏRKƏZİ

Şirkətimizdə baş verən yeniliklərlə bağlı xəbərləri Media Mərkəzi bölümünə daxil olaraq izləyə bilərsiniz.

Bank Ombudsmanı Katibliyi Apamark şirkətinin işindən razı qalıb.

Bank Ombudsmanı Katibliyi Apamark şirkətinin işindən razı qalıb.

Azərbaycanda öz sahəsi üzrə hər zaman güclü kadrları ətrafında cəmləyə çalışan Apamark Marketinq və PR şirkəti bu dəfə də yeni fəaliyyətə başlayan Bank Ombudsmanlığının yeni saytının yaradılmasına dəstək oldu.

Texniki Tapşırığa uyğun sayt

            Bank Ombudsmanlığın saytı Sifarişçinin təqdim etdiyi texniki tapşırıq əsasında dizayn olunmuşdur. Saytın rəngləri loqonun rəngləri əsasında hazırlanmışdır. Sifarişçinin istəyinə əsasən tam olaraq “responsive” vəziyyətə gətirilmişdir. Ziyarətçilər istənilən mobil cihaz vasitəsilə sayta rahat şəkildə daxil olmalarına şərait yaradılmışdır.

Hər şey admin paneldən idarə olunur

            Özəl proqramlaşdırma əsasında hazırlanmış bu saytda hər hansı bir hazır “template”-lərdən istifadə olunmamışdır. Saytın arxa tərəfində bütün müvafiq təhlükəsizlik tədbirləri nəzərə alınmışdır. Sifarişçi Apamark şirkətinin dəstəyi olmadan da saytda istənilən detalı yarada, dəyişdirə və ya silə bilər. Saytın eyni zamanda bir neçə şəxs tərəfindən idarə olunması üçün fərqli texniki səlahiyyətlərə malik admin və redaktorlar yaradılmışdır.

Google Axtarış sisteminə yaxın bir sayt

            Apamark şirkəti tərəfindən saytın SEO sistemi hazırlanaraq Sifarişçi tərəfə təqdim olunmuşdur. Sifarişçi admin panel vasitəsilə saytın Meta Title, Meta Description, Keywords hissəsini mexaniki olaraq tənzimləmək imkanına malikdir. Saytda google axtarış sisteminin müvafiq məhdudiyyətləri də nəzərə alınmışdır.

Qeyd edək ki, yeni yaradılmış Bank Ombudsmanlığının loqosu və loqo qaydaları da məhz Apamark Marketinq və PR şirkəti tərəfindən yaradılmışdır.