Dillər
MEDİA MƏRKƏZİ

MEDİA MƏRKƏZİ

Şirkətimizdə baş verən yeniliklərlə bağlı xəbərləri Media Mərkəzi bölümünə daxil olaraq izləyə bilərsiniz.

Apamark şirkəti Kağız Karton İstehsalına dəstək oldu.

Apamark şirkəti Kağız Karton İstehsalına dəstək oldu.

Apamark şirkəti və Azərsun Holdinq-in tərkibində fəaliyyət göstərən Kağız Karton İstehsalat kombinatının birgə əməkdaşlığı nəticəsində artıq müxtəlif formalı qutuların alışı ilə maraqlananlar uzaq məsafə qət etmələrinə gərək qalmadı. Kombinat üçün yeni yaradılmış sayt bu gündən etibarən fəaliyyətə başladı.

Sifariş forması asanlaşdırıldı

Yeni yaradılmış internet səhifəsində ziyarətçilər rahat şəkildə 250-dən çox qutu formaları ilə tanış ola bilərlər. Bundan əlavə ziyarətçilər istədikləri qutuların üzərinə basmaqla açılan pəncərədə müvafiq məlumatları dolduraraq onu sifariş də edə bilərlər.

Özəl proqramlaşdırma və minimum asıllıq

          Saytın proqramlaşdırılması zamanı hər hansı bir hazır şablon proqramlaşdırma modullarından istifadə edilməmişdir. İstifadəçinin gələcəkdə rahat şəkildə yeni məhsul, bölmə, dil paneli, mətn və şəkil əlavə edə bilməsi üçün admin panel tərəfində geniş imkanlar yaradılmışdır.

Qeyd edək ki, qısa müddət ərzində bazarda markalaşmağı bacaran Apamark şirkəti Avqust ayı ərzində daha iki əhəmiyyətli layihəni təqdim etməyi planlaşdırır.